Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 290-313 km-də təmir-bərpa işləri icra olunub.
Belə ki, ümumilikdə 4000 kv.m sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Sonda yolcizgi və yolgöstərici xətlər çəkilib.
YOLUNUZ AÇIQ OLSUN...