Daha bir küçədə aparılan təmir işləri son mərhələdədir - FOTO

22 Aprel 2016- 00:00
11 Daha bir küçədə aparılan təmir işləri son mərhələdədir - FOTO

            Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən 2,4 kilometr uzunluğunda olan Nizami rayonu Bəkir Çobanzadə küçəsinin sonuncu hissəsində təmir işləri aparılır.

 

            Sözügedən hissə Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan 700 metrlik ərazidir. Küçənin ortalama eni isə 15 metrdir.

 

            Təmir işləri zamanı köhnə səki daşları yeniləri ilə əvəzlənir. Küçə boyu 1400 p/m yeni səki daşı düzüləcək. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçiriləcək. Ümumilikdə 2 qat olmaqla 10 min msahə asfaltlanacaq.

 

            Bundan başqa səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək və mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.

 

            Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.