Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir VİDEO/FOTO

2 Avqust 2022- 08:30

QarabağŞərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolboyu torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının tikintisi də bitmək üzrədir. 

Artıq Bərdə-Ağdam avtomobil yolunun tikintisi layihəsi üzrə yol geyimi işləri 47%, süni qurğular üzrə işlər 63%, körpülər üzrə tikinti 99% yerinə yetirilib. Ümumilikdə nəzərdə tutulan işlərin 71% -i yekunlaşıb. 

Hazırda yol əsası hazır olan hissələrdə (12-45-ci km) yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.  

Bundan başqa avtomobil yolunun Bərdə şəhərinin daxilindən keçən ilk 2.2-ci km-lik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir

Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da artıq bitib

Bərdə-Ağdam avtomobil yolunun 2540-cı km-lik hissəsində inşa olunan 91.3 18.2 metr uzunluğa malik avtomobil körpülərin tikintisi də artıq yekunlaşıb

Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının və yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi, həmçinin yolun 4, 1416 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir. 

1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da lahiyə üzrə icrası nəzərdə tutulan işlərdəndir və hazırda bu istiqamətdə də işlərə başlanılıb.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...