Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.
Sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 3.5 metrdir.
Dərhal əraziyə ezam edilmmiş “Azəravtoyol” ASC-nin mütəxəsisləri tərəfindən körpüyə baxış keçirilmiş və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalniz piyadaların hərəkətinə icazə veriləcək.
Bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.