Qax və Şəki rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

15 Avqust 2022- 10:53
11 Qax və Şəki rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 19-da Qax rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qax və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qax rayonu “13 №-li Yol İstismarı” MMC və Şəki rayonu “12 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.