30 avqust saat 08:00-dan saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.