Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Hazırda təmir işləri sözügedən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə doğru olan istiqaməti üzrə aparılır. Qeyd olunan hissənin uzunluğu 1630 metr təşkil edir.
Sözügedən istiqamət üzrə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınması işləri icra olunub. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.
Təmir işlərinin bir neçə gün ərzində icra olunaraq yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, prospektdə aparılan təmir hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilir.
Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə və fasiləsiz olaraq həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub, zəruri hallarda isə iki növbəli iş qrafiki tətbiq edilir.
YOLUNUZ AÇIQ OLSUN...