Binəqədi rayonu, Xocəsən qəsəbəsində Hürriyyət küçəsi təmir olunur VİDEO/FOTO

6 Sentyabr 2022- 16:03

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi üzrə 2.67 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri qəsəbənin ümumi uzunluğu 470 metr olan Hürriyyət  küçəsində aparılır.  

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Hazırda küçəyə 12 sm olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. 

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır. 

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.


YOLUNUZ AÇIQ OLSUN...