Səbail rayonunun Badamdar qəsəbəsinin yollarında təmir işləri aparılır VİDEO/FOTO

7 Sentyabr 2022- 10:20

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Badamdar qəsəbəsində  Abbas Abbaszadə  küçəsi ilə II massiv 3-cü küçəni birləşdirən yolda təmir işləri aparılır. 

510 metr uzunluğa malik olan yolun eni ortalama 8 metrdir.

 Aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyü frezlənib, zəruri olan yerlərdə 230 p/m yeni bordür düzülüb. 

Hazırda ərazidə yeni asfalt örtüyünün döşənməsi icra olunur.  

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.


YOLUNUZ AÇIQ OLSUN..