Sabunçu rayonu, Maştağa qəsəbəsinin yollarında təmir işləri aparılır VİDEO/FOTO

16 Sentyabr 2022- 15:44

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.

Bu çərçivədə cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə aparılan  təmir işləri davam etdirilir. 

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Hazırda küçəyə 12 sm olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. 

Ardıcıllığa uyğun şəkildə təmir işləri qəsəbə üzrə Mirəli Mirəliyev küçəsində də aparılacaq.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. 

Qeyd edək  ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.


YOLUNUZ AÇIQ OLSUN...