Vətəndaşların gediş-gəlişi təmin etmək məqsədi ilə 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonunun Badamdar qəsəbəsində Göyüş Qarayev küçəsinin təmirinə başlanılıb.
Göyüş Qarayev küçəsinin uzunluğu 290 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçənin köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.
Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri aparılır.
YOLUNUZ AÇIQ OLSUN...