Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir - VİDEOREPORTAJ / FOTOLAR

23 May 2016- 00:00
11 Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir - VİDEOREPORTAJ / FOTOLAR

            

            Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.

 

            Yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

 

            Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.

 

            Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü, və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağıdır.

 

            Bundan başqa 2 ədəd 4 x 2.5 m və 2 x 2 m-lik düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 ədəd d-1.25m dairəvi dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub.

 

            Layihə çərçivəsində düzləndirici lay karxana çınqıl qarışıqlı h=26 sm, əsasın alt layı h=24 sm, əsas fraksiyalı qırmadaş layı h=12 sm, əsasın üst qara qırmadaş layı h=10 sm olmaqla yol geyiminin əsası 72 sm təşkil edəcək.

            Alt layı – iri dənəli a/b h=8 sm, alt layı – iri dənəli a/b h=7 sm və üst layı – xırda dənəli a/b h=5 sm olmaqla isə yol örtüyünün əsası 20 sm təşkil edəcək. Ümumilikdə isə yol geyiminin qalınlığı 92 sm olacaq.

 

            Hal-hazırda yolun 1-4 km-lik hissəsində torpaq yatağı tikilir. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərində yol ötürücüsündə tikinti işləri 70-75 faiz icra olunaraq yeunlaşdırılıb. Yolun 6,9-cu km-də yerləşən mövcud Şimal İxrac Neft Boru kəməri üzərindəki yol ötürücüsündə isə svayların beton işləri görülür.

 

            Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.