"Ağsu aşırımı" təmirə bağlanır

22 May 2016- 00:00
11

          Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

          Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

 

          “Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.