Zığ qəsəbəsinin məhəllədaxili yollarının təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

27 Oktyabr 2022- 11:24

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Dədə Qorqud  yaşayış massivinin məhəllədaxili yollarında aparılan təmir işləri yekunlaşmaq üzrədir. 

Uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə  yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə 150 p/metr yeni piyada səkilərinin inşası işləri  son mərhələdə olmaqla aparılır. 

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN…