Cari ildə Yasamal rayonu üzrə 6.05 km uzunluğunda küçə təmir olunub VİDEO/FOTO

31 Oktyabr 2022- 15:46

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda ümumi uzunluğu 6.05 km olan 5 küçədə təmir işləri icra olunub. 

Bu çərçivədə II Alatavanın 2 km uzunluğa malik daxili yolları, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan 1630 metrlik hissəsi, 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov, uzunluğu 1000 metr təşkil edən Zivərbəy Əhmədbəyov 560 metr uzunluğa malik Seyfəddin Dağlı küçələri əsaslı təmir edilib.

Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb. 

YOLUNUZ AÇIQ OLSUN...