Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 18-də Astara rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Astara rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Astara, Lənkəran və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Astara rayonu “49 №-li Yol İstismarı”, Lənkəran şəhəri “48 №-li Yol İstismarı”, Lerik rayonu “52 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.