Qarabağda yol, körpü və tunel tikintilərindən bəhs edən konfrans keçirilib

17 Noyabr 2022- 14:52
11 Qarabağda yol, körpü və tunel tikintilərindən bəhs edən konfrans keçirilib

Bu gün "Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları" üzrə konfrans keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,  Azərbaycan Memarlıq və İnşaat Universiteti və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə baş tutan konfransda  "Tunellərdə və avtodayanacaqlarda havalandırma", "Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşrımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davaml bina modeli", "Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri",  "Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar" mövzularında çıxışlar edilib. 

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində aparılan genişmiqyaslı işlər, layihəyələr barədə konfrans iştirakçılarına məlumat verilib.   

Konfransda Qarabağda çəkilən yollardan, tunellərdən və körpülərdən bəhs edən videoçarx nümayiş olunub.