“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan avtomobil yolunun 1100 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb.
Təmir işləri çərçivəsində 15 min kv.m-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Layihəyə uyğun sözügedən hissədə yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib.
“Baksol” avtomobil yolunun sözügedən 1100 metrlik hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir.
Xatırladaq ki, bundan öncə “Baksol yolu”nun 1400 metrlik hissəsində də anoloji işlər aparılıb.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...