Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Bu istiqamətdə agentlik tərəfindən aparılan işlər növbəti dəfə Bakı dairəvi avtomobil yolunun mühafizə zolağında icra olunub. Ərazidə ümumilikdə 2000 ədəd olmaqla eldar şamı, akasiya, göyrüş ağacları əkilib.
Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2022-ci ilin yanvar-noyabr aylarında 68 637 müxtəlif növ ağac və kol bitkisi əkilib.
2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərin sayı isə ümumilikdə 258 157-dir.
Bildirək ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 399 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18.8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 296 475 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 121 346 ağac və kol bitkisi yetişdirilir.
YOLUNUZ AÇIQ OLSUN...