Ağ şəhərdə ümumi uzunluğu 2828 metr olan daha bir-neçə küçə inşa edilir VİDEO/FOTO

9 Dekabr 2022- 10:50

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif uzunluqlara malik 24 hərəkət zolaqlı 12 küçə inşa edilir. 

Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materalından yol geyiminin əsası inşa olunur. 

Ümümilikdə 2022 ci il ərzində 820 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 680 min kubmetr yararlı karxana materialından geri dolğu işləri görülərək yeni yol yatağı inşa edilib, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. 

Layihəyə uyğun daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələrdə 55 min kv.m piyada səkisi inşa olunub, hazırda üzərlərinə 85 min kv.m tamet daşları döşənir. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 25 min paqon-metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 650 müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 310 yol işıqlandırma dirəkləri quraşdırılıb.
Hazırda küçələr boyu 76 min kv.m sahədə 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 15 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib. 

Ümumilikdə layihə çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22.4 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən küçələr inşa edilməlidir. Küçələr hər birinin eni 3.5 m olmaqla 2,46 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.

YOLUNUZ AÇIQ OLSUN...