İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb.
Yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasından kənar keçəcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.
Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.