Cari ildə Pirallahı rayonunda 4.6 km uzunluğunda küçə təmir olunub VİDEO/FOTO

14 Dekabr 2022- 13:04

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 4.6 km olan üç küçə təmir olunub.

Təmir işləri rayonun uzunluğu 2260 metr təşkil edən Kamil Rzayev, 1760 metr uzunluğa malik Yavər Əliyev küçələri və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb. 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

YOLUNUZ AÇIQ OLSUN...