1 “ZƏFƏR” yolu: Yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2 Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
3 Bakı - Quba: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində qar yağır. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta var.
4 Giləzi - Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5 Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol açıqdır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6 Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7 Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8 Muğanlı - İsmayıllı: Zəif qar yağır, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Zəif qar yağır, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yolun Oğuz - Şəki hissəsində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
10 Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11 Şəmkir - Gədəbəy: Marşrut boyu yağıntı yoxdur. 7-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12 Gəncə - Daşkəsən: Marşrut boyu yağıntı yoxdur. 11 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13 Ələt - Astara: Yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14 Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunur.
15 Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var,qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
16 Bakı - Ələt – Hacıqabul - Ucar – Yevlax: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17 Yevlax- Gəncə - Qazax: Yağıntı yoxdur, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
18 Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...