Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışıb.
Yollarda yarana biləcək hər-hansı problemi qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Agentlik tərəfindən Bakı şəhərində əsas küçə, prospekt və yollar, həmçinin respublikanın avtomobil yollarında qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün fasiləsiz olaraq fəaliyyət göstərilib, qarın çox yağdığı, buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb.
YOLUNUZ AÇIQ OLSUN!