Satınalan təşkilat: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Ölkə: Azərbaycan Respublikası
BYİB Borc sazişi №: 9243-AZ
Layihənin adı: Regional Yollar və İnkişaf Layihəsi (P174379)
Tapşırığın adı: Yol şəbəkəsininin idarəetmə sistemi, yollardan ödənişli istifadə modelləri və oxa düşən yükə nəzarət sistemlərinin yaradılması üçün Texniki yardım
İstinad №: AZ-SRA-CS-QCBS-03
Azərbaycan Respublikasının Hökuməti Regional Yollar və İnkişaf Layihəsi üzrə xərclərin maliyyələşdirilməsi məqsədi ilə Dünya Bankından (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı\BYİB) kredit vəsaiti almış və bu vəsaitin bir hissəsini məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir.
Bu məsləhət xidmətlərinin (“Xidmətlər”) əsas məqsədi Regional Yollar və İnkişaf Layihəsinin 2-ci komponentinin həyata keçirilməsidir. Bununla əlaqədar olaraq, xüsusi məqsədlərə aşağıdakılar daxildir:
Alt-komponent 2.1 – Yol şəbəkəsinin idarəetmə sistemləri. Bu alt-komponent intellektual nəqliyyat sistemlərini (İNS) tətbiq etməklə yol şəbəkəsinin idarəedilməsi və əməliyyat səmərəliliyinin yaxşılaşdırılması üçün nəzərdə tutulan texniki yardımdır. Texniki yardım üzrə Məsləhətçi yol şəbəkəsinə təsir edəcək hava şəraiti və geo-təhlükələrin erkən xəbərdarlıq sistemləri də daxil olmaqla, yollardan ödənişli istifadə üçün elektron rüsum yığımı (e-tolling) və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin monitorinqini və digər İNS modullarını özündə birləşdirən inteqrasiya etmiş şəbəkə boyu idarəetmə sisteminin qurulması üçün ehtiyac və imkanları araşdıracaqdır. 2.1 alt-komponenti çərçivəsində 2.2 alt-komponenti üçün kontekst və çərçivə müəyyən ediləcəkdir.
Alt-komponent 2.2 – Yollardan ödənişli istifadə (YÖİ) və oxa düşən yükə nəzarət sistemlərinin yaradılması. Bu alt-komponent YÖİ üzrə elektron sistemlərin və hərəkət zamanı çəkinin müəyyən edilməsi (HZÇ) texnologiyaları vasitəsilə nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə nəzarət etməklə yol aktivlərinin vaxtından əvvəl korlanmasının qarşısını almağa yönəlmiş texniki yardımdır. Texniki yardım çərçivəsində texniki-iqtisadi əsaslandırma, texnologiya seçimi, qurğuların xəritələndirilməsi və yerləşdirilməsi, tənzimləmə məsələləri, normativ tələblərə uyğunluq və yollardan ödənişli istifadə üçün elektron rüsum yığımı və HZÇ sistemlərinin Azərbaycanın yol şəbəkəsinə tətbiqinin digər aspektləri nəzərdən keçiriləcəkdir. Bu fəaliyyət, digər məsələlərlə yanaşı, yol geyiminə daha çox zərər verən və ya daha çox emissiya buraxan nəqliyyat vasitələrinin daha artıq rüsum ödəməsini təmin etmək məqsədilə ödənişli yol tariflərinin fərqləndirilməsi məsələlərini də araşdıracaq. Araşdırmanın nəticələri Azərbaycan Respublikasında yol sektorunun inkişafı və dayanıqlılığının təmin edilməsi üçün yeni maliyyə qaynaqlarının yaradılmasına xidmət edəcəkdir.
Məsləhətçi tərəfindən fəaliyyətlərin üç istiqamətdə həyata keçirilməsi gözlənilir:
• 1-ci texniki fəaliyyət istiqaməti – Yol şəbəkəsinin idarəetmə sistemi və İNS
• 2-ci texniki fəaliyyət istiqaməti – Yollardan ödənişli istifadə modelləri
• 3-cü texniki fəaliyyət istiqaməti – Oxa düşən yükə nəzarət sistemləri
Məsləhətçi əsasən Layihə meneceri, Maraqlı tərəflərlə əlaqə üzrə menecer, Yol şəbəkəsinin idarəedilməsi/ İntellektual nəqliyyat sistemi üzrə mütəxəssis, Yollardan ödənişli istifadə sistemi üzrə mütəxəssis, Oxa düşən yükə nəzarət sistemi üzrə mütəxəssis, Hüquq məsləhətçisi, Nəqliyyat üzrə iqtisadçı, İnşaat/süni qurğular üzrə mütəxəssis və CİS (Coğrafi informasiya sistemi) üzrə mütəxəssisdən ibarət əsas işçi heyət təmin etməlidir. Əsas işçi heyət uyğun ixtisasa və təcrübəyə malik texniki yardım heyəti ilə dəstəklənməlidir. Əsas və yardımçı işçi heyət üçün ümumi 69 adam-ay nəzərdə tutulmuşdur. Bundan 42 adam-ay əsas işçi heyət üçün nəzərdə tutulur.
Xidmətlərə 2023-cü ilin iyun ayında başlanması gözlənilir. Bütün fəaliyyətlər üzrə icra müddəti 12 aydır.
Bu tapşırıq üçün müfəssəl Texniki tapşırıq aşağıdakı ünvandan əldə oluna bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xidmətlərin təmin edilməsi üçün iştirak hüququ olan məsləhətçi şirkətləri (“Məsləhətçilər”) maraqlarını ifadə etməyə dəvət edir. Bu Məsləhət Xidmətlərini yerinə yetirmək üçün müvafiq ixtisas və təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumatlar təqdim etməlidirlər. Qısa siyahı üçün kriteriyalar aşağıdakılardır.
i. İntellektual nəqliyyat sistemləri,Yollardan ödənişli istifadə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinə nəzarət üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üzrə ümumi təcrübə;
ii. Yol şəbəkəsinin idarəedilməsi üzrə milli və ya regional strategiyanın hazırlanması üzrə təcrübə;
iii. Milli və ya regional İNS strategiyasının və İNS arxitekturasının hazırlanması;
iv. Yoldan ödənişli istifadə sxemi üzrə ən azı bir milli və ya regional YÖİ strategiyasının hazırlanması və icra edilməsi üzrə təcrübə;
v. Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinə nəzarət üçün milli, regional və ya şəhər strategiyasının hazırlanması və yüksək sürətli HZÇ-nin tətbiqini əhatə edən ən azı bir layihənin həyata keçirilməsi üzrə təcrübə;
vi. Texniki tapşırıqda təsvir olunan xüsusiyyətlərə malik işçi heyətə malik olma bacarığı və təcrübəsi. İşçi heyətin Layihə meneceri, Maraqlı tərəflərlə əlaqə üzrə menecer, Yol şəbəkəsinin idarəedilməsi/ İntellektual nəqliyyat sistemi üzrə mütəxəssis və qrup, Yollardan ödənişli istifadə sistemi üzrə mütəxəssis və qrup, Oxa düşən yükə nəzarət sistemi üzrə mütəxəssis və qrup, İnşaat/süni qurğular üzrə mütəxəssis, geodeziya qrupu, CİS üzrə mütəxəssis, Hüquq məsləhətçisi və Nəqliyyat üzrə iqtisadçıdan ibarət olacağı gözlənilir.
vii. ISO 9001 Sertifikatı.
Qısa siyahının hazırlanması mərhələsində əsas mütəxəssislər qiymətləndirilməyəcəkdir.
Xidmətlərin yerinə yetirilməsində marağı olan Məsləhətçi şirkətlərə Dünya Bankının maraqların toqquşması ilə bağlı siyasəti barədə məlumat almaq üçün “İLM Borcalanları üçün Satınalma Qaydaları”nın (Dünya Bankının “Satınalma Qaydaları”) (2020-ci il, noyabr nəşri) III Bölməsinin 3.14, 3.16 və 3.17-ci bəndlərinə diqqət yetirmələri tövsiyə olunur.
Məsləhətçilər öz ixtisaslarını artırmaq üçün digər şirkətlərlə birgə müəssisə yarada bilərlər, lakin assosiasiyanın birgə müəssisə və/yaxud sub-məsləhətçi formasında olub-olmadığını aydın şəkildə göstərməlidirlər. Əgər bu tapşırıq üçün birgə müəssisə seçilərsə, birgə müəssisədəki bütün tərəfdaşlar, müqavilə üzrə birgə və fərdi olaraq məsuliyyət daşıyacaqlar.
Məsləhətçi Satınalma Qaydalarında müəyyən edilmiş Keyfiyyətə və Qiymətə Əsaslanan Seçim (KQƏS) metoduna uyğun olaraq seçiləcəkdir.
Elanla bağlı əlavə məlumatı iş saatları ərzində 09:00-dan 17:00-a kimi aşağıdakı ünvandan əldə edə bilərsiniz.
Maraqların ifadə edilməsi yazılı şəkildə aşağıdakı ünvana (şəxsən və ya poçt, və ya e-poçt vasitəsilə) 03 fevral 2023-cü il tarixinə qədər çatdırılmalıdır.
Təşkilatın adı: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Kimə: LİQ-in direktoru Mehman Babakhanov
Qnvan: Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi
R. İsmayılov küçəsi 2025-ci məhəllə.
Tel: +944 12 4997902
Elektron ünvan: mehman.babaxanov@aayda.gov.az
Surəti (vacibdir) - saadat.aliyeva@aayda.gov.az