Nizami rayonu Nəsimi küçəsinin bir hissəsi təmir olundu - VİDEO / FOTO

24 İyun 2016- 00:00
11 Nizami rayonu Nəsimi küçəsinin bir hissəsi təmir olundu - VİDEO / FOTO

          Avtomobil yollarında, küçə və prospektlərdə rahat gediş-gəlişi təmin etmək istiqamətində ölkə boyu kompleks tədbirlər həyata keçirilir.

 

          Bu tədbirlər çərçivəsində Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.

 

         Təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir.

 

          Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 10 min m2 ərazinin asfaltlanması işləri aparılıb, 1250 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib.

 

          Bundan başqa səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

 

          Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

          Bütün işlər “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.