Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub VİDEO/FOTO

28 Fevral 2023- 11:25

Texniki göstəricilər:

-    Yolun ümumi uzunluğu - 123,6 km
-    Yolun texniki dərəcəsi - 1B
-    Hərəkət hissəsinin eni - 14-21 m
-    Hərəkət zolaqların sayı - 4-6
-    Torpaq yatağının eni - 21,5 - 29,5 m
-    Boruların sayı -  265 ədəd (16 818 m)
-    Düzbucaqlı borular - 41 ədəd (2 737 m)
-    Alt keçidlər - 55 ədəd (3 850 m)
-    Körpülər - 27 ədəd (1 900 m) (15 ədəd su ötürücü körpü,12 ədəd yol ötürücü körpü)
-    Qovşaqlar - 7 ədəd (252 m)
-    Tunellər - 3 ədəd (12 026 m)
-    İstinad divarı - 1500 m (D/beton - 500 m, daş - 1000 m)
-    Asfalt işləri - 950 000 m3
-    Torpaq işləri - 57 252 436,00 m3

 

Yolun konstruksiyası:

-    Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı - 23 sm
-    Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) - 20 sm
-    Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm
-    Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm
-    Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm
-    Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm

 

İcra olunub:  

-    Torpaq yatağı - 70,19 km, 
-    hamarlayıcı lay – 47,79 km, 
-    əsasın alt layı (subbase) sol tərəfdə - 40,43 km və sağ tərəfdə - 34,59 km,
-    əsasın üst layı (base) sol tərəfdə - 40,15 km və sağ tərəfdə - 31,43 km,
-    bitumlu təməl layı sol tərəfdə - 35,77 km və sağ tərəfdə - 26,31 km,
-    binder layı - 8,08 km. 

•    Dairəvi borular - 202 ədəd tikilib, 32-də işlər davam edir.
•    Düzbucaqlı borular - 26 ədəd tikilib, 4-də işlər davam edir.
•    Alt keçidlər - 44 ədəd tikilib, 2 -də işlər davam edir.
•    Körpülər və qovşaqlar - 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.
•    Tunellər:
-    T1 tuneli (sol 1007,55 m, sağ tunel 1033,2 m). Tuneldə qazma, püskürtmə beton işləri və kəmər betonu (40 sm)  tamamlanıb. 
-    T2 tuneli (sol 1807.9 m, sağ 1836.6 m). Sağ və sol tuneldə qazma və püskürtmə beton işləri tamamlanıb.Sağ tunelin 535,59 m kəmər betonu (40 sm) işləri tamamlanmışdır.Sol tunelin 680 m kəmər betonu (40 sm) işləri tamamlanıb.
-    T3 tuneli (sol 3173,6 m, sağ 3167,65 m).  Sol tuneldə qazma, püskürtmə beton işləri tamamlanıb.Sağ tuneldə 3000 metr məsafədə qazma, püskürtmə beton işləri tamamlanıb.

YOLUNUZ AÇIQ OLSUN...