Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olduğu üçün təltif edilib.
Təltifetmə Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük (dekabr 2022-ci il – fevral 2023-cü il) yekunlarına dair keçirilən dəyirmi masasında baş tutub.
2021-ci ildə fəaliyyətə başlayan layihə müxtəlif problemlərlə bağlı ictimaiyyətin müraciətlərinin toplanıb müvafiq dövlət orqanlarına yönəldir və onların həll edilib-edilməməsini izləyir.