Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanmışdır. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetiriləcəkdir.
Sözügedən layihənin icrasına dəstək missiyasını AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qəbul etmişdir. Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak etmişdir.
Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunmuşdur.