Qaxbaş kəndinin mərkəzi küçəsi əsaslı şəkildə yenidən qurulub VİDEO/FOTO

29 Mart 2023- 09:16

Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulub.

İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yolarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında  avtonəqəliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı

Dövlət başçısının Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılıb.

1.1 km uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni ortalama 7.5-8 metr olmaqla yol yatağının eni 10-12 metr təşkil edir. 

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq  torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb. 

Layihə üzrə ardıcıllığa uyğun olaraq, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Vətəndaşların küçəboyu  rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3940 kv.m yeni piyada səkilərinin inşası, kənarlarına 2200 p/m səki daşının düzülməsi  işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi aparılıb. 

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub. 

Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

 

YOLUNUZ AÇIQ OLSUN..