Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində əsas yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.