20 may tarixində saat 18:00 radələrindən etibarən Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.
Nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Dərhal təbii fəlakət baş verən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Qısa müddət ərzində yolboyu müvəqqəti hərəkət bərpa olunub.
Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır.
YOLUNUZ AÇIQ OLSUN…