Sel suları 20-ə yaxın rayonda avtomobil yollarına ziyan vurub - HESABAT

18 İyul 2016- 00:00
11 Sel suları 20-ə yaxın rayonda avtomobil yollarına ziyan vurub - HESABAT

          Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-ə yaxın rayonda yol təsərrüfatına ziyan dəyib.

 

          Xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki  və digər rayonlarda “Azəravtoyol” ASC-nin xidmət etdiyi avtomobil yollarına daha çox ziyan dəyib.

 

          Bundan başqa intensiv yağıntılar Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal sözügedən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. Nəticədə bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.