2016-cı ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində ümumi uzunluğu 31.9 kilometr, yol örtüyünün sahəsi 331.9 min m2 olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbael, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub.
Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157.2 min m2 sahədə cari təmir işləri yerinə yetirilib.
Ümumilikdə respublika üzrə isə uzunluğu 230 km olan avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.
O cümlədən :
- Respublika əhəmiyyətli - 135.7 km;
- Yerli əhəmiyyətli - 62.4 km;
- Bakı şəhər yolları - 31.9 km.
Cari ilin 6 ayı ərzində ümumilikdə “Azəravtoyol” ASC üzrə 465.4 min ton asfalt-beton istehsal edilib, 25.6 min ton bitum və 1.9 min ton mazut istifadə edilib.