Güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Yol İstismarı” MMC-i tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissələrində işlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...