Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunda cari təmir işləri aparılıb

21 İyun 2023- 15:06

 Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində aparılan təmir işləri yekunlaşıb.

Cari təmir çərçivəsində sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qeyd edək ki, təmir işləri 4500 kv.m sahəni əhatə edib.