İşğaldan azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir VİDEO

24 İyun 2023- 11:10

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir. 

Bunlardan:

1.    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tuneli;
2.    Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 358 metr olan 7 avtomobil tuneli;
3.    Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 032,79 metr olan 3 avtomobil tuneli;
4.    Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 926,97 metr olan 5 avtomobil tuneli;
5.    Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...