Bu gün gecə saatlarında Bakı dairəvi avtomobil yolunun təqribən 6-cı kilometrliyində paytaxt istiqamətində yolun sağ tərəfindən iri qaya parçaları yola düşüb. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində bəzi məhdudiyyətlər yaranıb.
Sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Qeyd edək ki, hadisə nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hazırda ziyanın aradan qaldırılması istiqamətində də agentlik tərəfindən işlər aparılır.
YOLUNUZ AÇIQ OLSUN..