Bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun (18-ci km) hərəkət hissəsinə qaya parçaları tökülüb.
Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.