Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

4 İyul 2023- 10:09
11 Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. 

Agentliyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.  

Gün ərzində də yoxlamalar davam etdirilir.

Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.


YOLUNUZ AÇIQ OLSUN…