Göyçayda sel sularının dağıtdığı körpü bərpa edildi - FOTOLAR

23 İyul 2016- 00:00
11 Göyçayda sel sularının dağıtdığı körpü bərpa edildi - FOTOLAR

          Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

 

          Ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı ilə canlı qüvvə və texnika cəlb olundu. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edildi, digərində isə əlavə bərkitmə işləri aparıldı. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlandı.

 

          Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilmişdi.