Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir VİDEO/FOTO

4 İyul 2023- 11:41

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Binəqədi rayonu ərazisində Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir. 

Layihəyə uyğun olaraq gecə saatlarında keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb.
 

YOLUNUZ AÇIQ OLSUN...