Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə hazırda rayonun Buzovna qəsəbəsi üzrə Qaçaq Nəbi küçəsində təmir işləri aparılır.
Sözügedən küçənin uzunluğu 520 metr, eni isə ortalama 6 metr təşkil edir.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yol əsasının salınması işləri aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir.
YOLUNUZ AÇIQ OLSUN…