Yol təsərrüfatına 300 min manat məbləğində ziyan dəyib - HESABAT

26 İyul 2016- 00:00
11 Yol təsərrüfatına 300 min manat məbləğində ziyan dəyib - HESABAT

          2016-ci ilin 6 ayı ərzində 1752 ədəd yol nişanı, 228 ədəd məlumatverici lövhə, 7507 ədəd siqnal dirəkləri, 2937 ədəd siqnal bayraqları, 18077 paqon-metr əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 425.8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

 

          Görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 301 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4082.75 paqon-metr əyrixətli tirlər, 10 ədəd işıq dirəyi, 12 paqon-metr səsboğucu qurğu, 18 ədəd dəmir-beton sədlər, 98 paqon-metr qoruyucu metal çəpər, 20 paqon-metr körpü məhəccəri, 9 paqon-metr istinad divarı və 11 ədəd yol nişanı yararsız hala düşüb.

 

           Ümümilikdə  yol təsərrüfatına 321 996.25 manat məbləğində maddi ziyan dəyib, bundan da 142 599.31 manatı ödənilib.