Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib VİDEO/FOTO

1 Avqust 2023- 11:29

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində 711 metr uzunluğa malik Kazım Kazımzadə küçəsində aparılan təmir işləri yekunlaşıb. 

Sözügedən küçədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bundan başqa mövcud piyada səkilərinin dağılmış vəziyyətdə olması vətəndaşların yolun kənarı ilə rahat şəkildə hərəkətinə maneə yaradırdı. Aparılmış təmir işləri ilə sözügedən problemlər tam olaraq aradan qaldırılıb. 

Ortalama eni 13 metr olan və yol infrastrukturu baxımından rayonun ən işlək küçələrindən hesab olunan Kazım Kazımzadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 2390 kv.m sahədə bərpa olunub, 1147 p/m yeni bodür daşları düzülüb.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

 

YOLUNUZ AÇIQ OLSUN..