Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

15 Avqust 2023- 15:24
11 Quba və Qusar  rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Quba rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında  keçiriləcək. Qəbulda Quba və Qusar rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Quba rayonu “9 №-li Xüsusi Təyinatlı Yol İstismarı” və Qusar rayonu “6 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.