Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub

21 Avqust 2023- 16:51

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. 

Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.

 

YOLUNUZ AÇIQ OLSUN...