Leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...