Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun təqribən 65-ci km-lik hissəsində yolun hərəkət hissəsinə aşan irigövdəli ağac kənarlaşdırılıb.
Yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub, aidiyyəti qurumun əməkdaşları ilə birlikdə qısa müddət ərzində ağac doğranaraq daşınıb, ərazi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...