Sel suları Şəkidə yol infrastrukturuna ziyan vurub

4 Sentyabr 2023- 15:16
11 Sel suları Şəkidə yol infrastrukturuna ziyan vurub

Qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.

Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Belə ki,  Y-55-36 ( 7 km, İnçə ) – Aşağı Şabalıd-Baş Şabalıd avtomobil yolunun Zunud kəndi ərazisindən keçən hissəsində sel suları iri yarğanlar, çökmələr əmələ gətirmiş və avtonəqliyyatın hərəkətini çətinləşdirmişdir. 

İntensiv yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl  təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Qeyd edək ki, sözügedən ərazi nəzarətdə saxlanılır.

YOLUNUZ AÇIQ OLSUN…